Pambıq gübrələməsi zamanı nələrə diqqət yetirmək lazımdır?
Pambıq gübrələməsi zamanı nələrə diqqət yetirmək lazımdır?
Ağ qızıl hesab edilən pambıq uzun vegetasiyalı bitkilər sırasındadır. O çoxlu yerüstü kütlə əmələ gətirməklə, torpaqdan bioloji yolla xeyli qida maddəsi alır. Yemləmə gübrəsinin verilməsi vegetasiya dövründə tətbiq edilən aqrotexniki tədbirlərdən biridir. Pambıq bitkisi gübrələrə tələbkardır. Pambıq bitkisinin torpaqda olan azotdan istifadə əmsalı 50 faizə, fosfor üzrə 15-20 faizə, kalium üzrə 65-70 faizə bərabərdir. Buna görə də azot və fosfor gübrələrini bitkilərin tələb etdiyi miqdardan çox vermək məsləhət görülür. Verilən gübrələrin səmərəliliyi azotla fosforun düzgün nisbətindən xeyli asılıdır. Pambıq əkilən rayonların torpaq tipi çox müxtəlifdir. Belə müxtəlif torpaqların özünəməxsus müxtəlif qida rejimi olduğundan burada əkilən pambığın gübrələnmə sistemi də müxtəlif olmalıdır. Gübrə normalarını torpaq xəritələrinə əsasən təyin etmək lazımdır. Yəni sahələrə verilən gübrələrin normalarını hesablayarkən torpaqda olan qida maddələrinin miqdarını da nəzərə almaq lazımdır. Vegetasiya dövründə pambıq bitkisinin qida maddələrinə olan ehtiyacını adi gözlə də müəyyən etmək olar. Bunun üçün pambıq bitkisində müxtəlif qida elementlərinin çatışmazlığının əlamətlərini bilmək lazımdır
1 ton xam pambığın əmələ gəlməsi üçün 60 kq azot, 20 kq fosfor və 50 kq kalium tələb olunur. Bitki düzgün qidalandıqda, onun vegetativ kütləsi ilə məhsulun bir-birinə nisbəti təxminən 1:1 kimi olur. Daha dəqiq desək məhsul bitkinin ümumi kütləsinin 40-45 faizini təşkil etməlidir. Gübrələrin pambığın məhsuldarlığına və mahlicın texnoloji xüsusiyyətlərinə təsiri onun dozasından, verilmə vaxtından, onların bir-birinə olan nisbətindən asılıdır. Elmi tədqiqatlar və qabaqcıl təcrübələrə əsasən ümumi dozada azot, fosfor və kaliumun nisbətinin 1:0,8:0,3 olması məqsədəuyğun sayılır. Sələf bitkisi yonca olduqda birinci il bu nisbət 1:1,5:0,3 götürülməlidir.
Sahəyə verilən gübrələrin normalarını hesablayarkən torpaqda qida maddələrinin miqdarını (təbii münbitlik) və planlaşdırılan məhsuldarlıq nəzərə alınmalıdır. Fosfor və kalium gübrələrin normasını müəyyən edərkən torpaqda mənimsənilə bilən qida maddəlrinin miqdarı, pambıq bitkisinin torpaqdan və gübrələrdən istifadə əmsalı nəzərə alınmaqla hesablanır. Azot norması torpaqda ümümi azotun miqdarı, bitkinin gübrədən istifadə əmsalı, elmi tədqiqatların nəticələri və qabaqcıl təcrübələrə əsasən müəyyən edilir. Fosfor və kalium gübrələri şum altına, gübrə norması çox olarsa 80 faizi şum altına, 20 faizi səpinlə və ya yemləmə kimi verilməlidir. Azot gübrəsinin normasından səpinlə birlikdə 100 kq, qalan hissəsini isə 2 dəfəyə qönçələmə fazasına qədər yemləmə şəkilində verilir. Azotla yemləmə çiçək görünənə qədər başa çatdırılmalıdır.
Hazırda təsərrüfatlarda ən çox istifadə edilən mineral gübrələr aşağıdakılardır:
• Ammonium nitrat və ya ammonium şorası (NH4NO3) - tərkibində 34 faiz təsiredici maddə vardır. Suda yaxşı həll olur;
• Sadə superfosfat (Ca(H2PO4)2+CaSO4) - tərkibində 18 faiz təsiredici maddə vardır;
• Kalium xlorid (KCl) - tərkibində 60 faiz təsiredici maddə vardır.
Pambıq tarlasına gübrələrin verilmə qaydası
Pambıq bitkisinə gübrələr iki formada, əsas və yemləmə gübrəsi şəklində verilir. Yemləmə gübrəsinin verilməsi vegetasiya dövründə tətbiq edilən aqrotexniki tədbirlərdən biridir (Şəkil 4.16). Pambığın ayrı-ayrı inkişaf mərhələsində azot və fosfordan istifadəsinə dair aparılan təcrübələr göstərir ki, bu bitki torpaqdan qida maddəsini ən çox qönçələmə və bar əmələ gətirmə dövründə aparır. Çünki bu dövr bitkinin vegetativ (gövdə, budaq) və generativ (barmeyvə) orqanlarının intensiv boyatma dövrüdür. Başqa bitkilər kimi pambığın da gübrələnməsi kök sisteminin inkişafı ilə düzgün əlaqələndirilməlidir. Pambıq tarlasına yemləmə gübrəsinin verilməsi Azot gübrələri mütəhərrik olub suvarma zamanı asanlıqla həll olaraq torpaqdan yuyulur və köklərin yayıldığı şum qatında qalmır. Buna görə də azot gübrələrini az dozalarla, yemləmə şəklində vermək lazımdır. Azot gübrəsi normasının üçdə bir hissəsi səpinqabağı becərmədə, qalan hissəsi ikinci və üçüncü kultivasiyada yemləmə kimi bərabər verilməlidir. Birinci yemləmə zamanı azot gübrəsi cərgələrdən 10-12 santimetr aralı olmaqla 8-10 santimetr dərinliyə, ikinci yemləmə zamanı 60 santimetrlik cərgə arasının ortasına, 90 santimetrlik sxemdə cərgədən 25-30 santimetr aralı verilməlidir. Dərinlik 12-15 santimetr olmalıdır. Azot gübrəsinin illik norması təsiredici maddə (t.e.m.) hesabı ilə 110-120 kiloqram nəzərdə tutulur.
Подсолнух другая информация о
BİZƏ ABUNƏ OLUN
Sizi maraqlandıran mövzuları seçin