Günəbaxan bitkisinin iqlim tələbləri

17 February 2021

Günəbaxan bitkisinin iqlim tələbləri

Ölkəmizdə heyvandarlığın və quşçuluğun sürətli inkişafı dənli bitkilərin keyfiyyətli və məhsuldar əkinindən asılıdır. Qarğıdalı sortlarının təsərrüfatlarda düzgün əkin texnologiyası ilə becərilməsi əsas şərtlərdəndir. Azərbaycan bölgələrində qarğıdalının suvarılan aran və nəmliklə təmin olunmuş dəmyə rayonlarında əkilməsi məqsədəuyğundur.  Əkin dövriyyəsində yerli Qarğıdalı üçün ən yaxşı sələf payızlıq buğda, arpa, çovdar, dənli-paxlalılar, çoxillik yem, cərgəarası becərilən, tərəvəz bitkiləri hesab olunur. Qarğıdalının özü isə payızlıq və yazlıq bitkilər üçün yaxşı sələfdir.

Günəbaxan bitkisi  normal inkişaf göstərməsi və kifayət qədər məhsuldar olması üçün digər bitkilərdəki kimi müəyyən iqlim dəyərlərinə ehtiyac duyur. Günəbaxan bitkisinin yetişdirildiyi ətraf mühit şərtləri onun böyüməsinə və inkişafına, məhsuluna və toxum keyfiyyətinə müxtəlif cür təsir göstərir. Başqa sözlə günəbaxan əkinçiliyində uğurlu bir nəticə əldə etmək üçün ətraf mühit şərtlərinə reaksiyasını çox yaxşı bilmək lazımdır. Bu vəziyyətdə, dəyişən ətraf mühit şərtlərinə uyğun istehsal üsulları tətbiq edilərək kifayət qədər məhsul əldə edilə bilər.

  • Temperatur

  Günəbaxan  soyuq və yüksək temperaturlara  dözümlü bitkidir. Bu səbəbdən geniş yayılma sahəsinə malikdir.120-130 gün bitki örtüyü dövründə ümumi temperatur tələbatı 2600-2850 oC-dir. Günəbaxan bitkisi  müxtəlif böyümə dövrlərində fərqli  istilik tələbinə malikdir. Toxumun cücərməsi üçün torpağın  temperaturu minimum +4 oC olmalıdır.  Cücərmə prosesinin  normal getməsi  üçün  isə torpaq istiliyi ən az 10-12 oC-ə qədər artmalıdır. Torpağın temperaturu artdıqca toxumun cücərmə və çoxalma sürəti artır. Günəbaxan bitkisi fidan dövründə soyuğa çox davamlıdır. . Bitkinin aşağı temperaturlara qarşı müqaviməti 6-8 yarpaqlı dövrə  qədər tədricən azalır. Bitkinin sonrakı inkişaf dövründə, temperatur 0 oC-yə düşərsə  ​​günəbaxan  zədələnə bilər.  Bununla yanaşı böyümə dövründə  yüksək temperatur zülal nisbətini artırır və yağ nisbətini azaldır. Günəbaxan bitkisi digər yağ bitkilərinə nisbətən istiliyə daha dözümlüdür və bu şəraitdə daha yüksək yağ istehsalı təmin olunur.

  • Gün işığı

Günəbaxan bitkisi işığa qarşı çox həssas deyil. Günəbaxan bitkisinin normal  fotosintez  prosesi üçün kifayət qədər işığa ehtiyacı var. İşıq kifayət qədər olmadıqda fotosintez miqdarı əhəmiyyətli dərəcədə azalır. Misal üçün; Günəş işığının 40% -nin əksik olduğu yerlərdə məhsuldarlıq 64% azalır.  Xüsusilə çiçəkləmə-toxum əmələ gəlmə dövründə kifayət qədər işıq olmadığı təqdirdə məhsul xeyli azalır. Buna görə günəbaxan bitkisi  buludlu və az günəşli şəraitdə çətin yetişir. Günəbaxan bitkisi böyümə  dövründə də  yüksək işıq intensivliyinə ehtiyac duyur.  Günəbaxan yarpaqları fototrop xüsusiyyətlərə malikdir. Yəni işığa görə istiqamətini dəyişdirir. Yarpaqların bu xüsusiyyətləri fotosintez prosesinə  təsir edir və beləliklə müsbət nəticə verir.

  • Yağış

Günəbaxan quraq şəraitə davamlı olmasa da, digər bitkilərin  yetişə bilmədiyi quraq şəraitdə uğurla böyüyə bilər. Günəbaxan bitkisi torpaqdakı sudan ən yaxşı şəkildə istifadə edən bir bitkidir. Bunun səbəbi, kök sisteminin inkişaf etdirilməsi  və 2 metr dərinliyə enə bilməsidir. Nəticədə günəbaxan bitkisi qısa quraqlıqdan təsirlənmir və məhsulda azalma olmur. Günəbaxan bitkisinin böyüməsi dövründə 500-600 mm yağışa ehtiyac var. Bu yağış böyümə dövründə paylanmalıdır. Günəbaxan bitkisinin su ehtiyacı bölgələrə görə dəyişir. Bunun səbəbi torpaq quruluşu, temperatur, nisbi rütubət və küləyin təsirinin də bölgələrə görə fərqli olmasıdır. Normal şəraitdə günəbaxan bitkisinin gündəlik su istehlakı 3,5-3,8 mm-dirsə, hava istiliyi 35 oC olduqda su istehlakı 7,5 mm-ə çatır.

 

DİGƏR MƏLUMATLAR