Boz çürümə xəstəliyi

*Göbələk xəstəliyi

  • Törədiciləri

Üzüm bağlarında boz çürük gənc tumurcuqlara, qönçələrə təsir göstərə və yarpaq ləkəsinə səbəb ola bilər.Bu xəstəlik rütubətli havada sürətlə inkişaf edir və adətən üzüm gilələrini yetişmə dövründə zədələyir. Gilələr üzərindəki çatlayan, mexaniki və zərərvericilər tərəfindən yaranmış zədələrə göbələyin sporları düşərək cücərir və gilənin çürüməsinə səbəb olur. Mildiu, oidium və salxım yarpaqbükəni ilə zədələnmiş gilələr də boz çürüməyə yoluxurlar.

  • Əlamətləri

Zədələnmiş gilələr bozarır, qabığı qırışır və rütubətli havada boz rəngdə kifəbənzər örtüklə örtülür və çürüyür. Göbələklər qonşu gilələrə düşərək salxımın xeyli hissəsinin çürüməsinə səbəb olur. Xəstəliyin ilk əlamətləri olaraq gilələrdə 3-5 mm ölçüdə narıncı, yaxud qızılıya çalan xırda ləkələr meydana gəlir. Sonradan ləkələr böyüyərək homogen şəkildə gilələrin üzərini tutur və tündləşir. Barmaqla basdıqda sirayətlənmiş qabıq lətdən asanlıqla ayrılaraq sıyrılır.

  • İnkişaf dövrü

Xəstəliyin inkişafı hava şəraitindən də asılıdır. Belə ki, uzunmüddətli quraqlıqdan sonra yetişmə dövründə yağışlı hava olduqda gilələr şişir və çoxlu çatlar əmələ gəlir ki, bu da onların kütləvi surətdə boz çürümə xəstəliyinə tutulmasına səbəb olur.

  • Nəzarət və mübarizə tədbirləri

Adətən vegetasiya ərzində göbələk xəstəliklərinə və zərərvericilərə qarşı vaxtında və səmərəli mübarizə aparılmış bağlarda boz çürümə xəstəliyi zəif inkişaf edir. Ancaq xəstəlik və zərərvericilərə qarşı düzgün mübarizə aparılmayan, dolu, külək, sel və digər amillərdən mexaniki zədələr almış üzüm bağlarında boz çürüməyə qarşı diqqətli və vaxtında mübarizə aparılmalıdır. Boz çürümə ilə mübarizədə aqrotexniki tədbirlər mühüm əhəmiyyət kəsb edir. Bu tədbirlər havalanmanın daha yaxşı getməsi və günəş şüalarının düşməsi üçün şərait yaradır. Mildiuya qarşı mübarizədə tətbiq olunan istənilən fungisiddən boz çürüməyə qarşı da istifadə etmək olar. Həyətyanı sahədə fermer  zamanı sahəni mütamadi gəzməli və yanlarında xırda ucu iti qayçı gəzdirmələri məsləhətdir. Sahədə gəzərkən salxımlar nəzərdən keçirilir və orada rast gəlinən çürümüş gilələr kəsilərək salxımdan kənarlaşdırılır.

Bu zərərvericiyə qarşı preparat:

AGNİCOR SC

AGNİCOR SC Aktiv maddə: 300 g/L Pyrimethanil AGNİCOR SC funqisidi Türkiyənin pestisid istehsalında ilk beşliyinə daxil olan ASTRANOVA şirkəti tərəfindən yüksək t

Məhsulu gör