Mildiu (Yalançı unlu şeh)

*Göbələk xəstəliyi

  • Törədici

Torpaqda qurumuş yarpaqlarda oospor halında qışlayır. Yazda oosporlar cücərərək 40-60 zoosporu olan sporongilər əmələ gətirir. Beləliklə yarpaqların ağızcıqlarına düşən zoosporlar yarpaqları yoluxdurur. Bir neçə gündən sonra sporongilərin yeni böyüməsi başlayır və külək vasitəsilə hər tərəfə yayılır. Sporongilər suda 4-10 zoospor əmələ gətirir və onlar da yeni yoluxmaya səbəb olur. Bu sikl bir neçə dəfə təkrar olunur və üzümün çiçəklərini və gilələrini yoluxdurur.

  • Əlamətləri

Mildiunun ilkin əlamətləri yarpaqların üzərində tipik “yağlı ləkələr” şəklində özünü göstərir. Yarpaq üzərində göbələyin əmələ gətirdiyi ağ örtük (mitsellər) adətən yağışdan sonra və ya havanın nisbi rütubəti 92%-dən çox olduqda gecə vaxtlarında əmələ gəlir. Tədricən yarpaqlar solur və yavaş-yavaş quruyur. Gilələr üzərində ağ örtük təbəqəsi əmələ gəlir və onlar qırmızımtıl-qəhvəyi rəng alır.  Gilələr, bəzən də salxım bütövlükdə bürüşərək quruyur.

  • İnkişaf dövrü

Oosporların inkişafı üçün yazda 8 mm-dən çox çöküntü(yagıntı) və 10°C- dən yuxarı temperatur lazımdır. Bu üzümün ilk yarpaqları əmələ gələn dövrə təsadüf edir və bu zaman ilkin yoluxma baş verə bilər. Sporongilərdə zoospor əmələ gəlməsi üçün su tələb olunur. Qamçıları olan zoosporların hərəkət etməsi və bitkiləri yoluxdurması üçün nəmlık lazımdır. 24 °C temperatur və 4 saat ərzində yarpaqların nəm olması yoluxma üçün əlverişli şərait sayılır.  Yüksək temperatur inkubasiya dövrünü qısaldır. Xəstəliyin meydana çıxması tezləşir.  Gecə nəmliyin 95% , temperaturun isə 12°C-dən yuxarı olması sporların əmələ gəlməsinə müsbət şərait yaradır. Əmələ gəlmiş sporlar külək və su vasitəsilə bütün sahəyə yayılır.

  • Nəzarət və mübarizə tədbirləri

Xəstəlik meydana çıxana (yoluxmaya) qədər bitkinin dərmanlanması çox vacibdir. Dərmanlamanın optimal vaxtının müəyyən edilməsiəsas şərtlərdəndir. Yarpaq və salxım xəstəliklə yoluxmaya qədər fungisid təbəqəsi ilə qorunmalıdır. Dərmanlamanı yarpaqlar 2-3 sm ölçüyə çatanda başlayın və meyvə əmələ gəlməsinə qədər davam edin.  Yoluxmanın proqnozu, inkubasiya müddəti və fungisidlə dərmanlama vaxtı mütəxəssislərin köməyi ilə müəyyən edilə bilər.

Bu zərərvericiyə qarşı preparat:

STİN 80 WP

STİN 80 WP fungisidi Türkiyənin pestisid istehsalında  ilk beşliyinə daxil olan ASTRANOVA şirkəti tərəfindən yüksək texnologiyalarla ISO (Beynəlxalq Standartlaşdırma Təş

Məhsulu gör