Günəbaxan odlucası

*Zərərverici

  • Əlamətləri

Odluca qanadları açılan zaman 20-27 millimetr böyüklüyündə olur. Qabaq qanadları arxa qanadlara nisbətən uzunsovdur, boz rəngdədir, yaxud bozumtul-sarıdır. Dal qanadları nisbətən enlidir, ağ rəngdədir və tutqun damarları vardır. Yumurtası südvari-ağ rəngdə olmaqla uzunsovdur. Uzunluğu 0.8 millimetrdir. Tırtılı açıq-bozdur, axırıncı yaşda 15 millimetrə qədər uzunluqda ola bilir. Pupu 10-12 millimetr uzunluqda, açıq-qəhvəyi rəngdədir.

  • İnkişaf dövrü

 Yazın axırları, yayın əvvəllərində qışlamış tırtıllar puplaşır. Günəbaxan bitkisinin çiçəklənməsi dövründə puplardan kəpənəklər uçmağa başlayır və gecə həyat tərzi keçirməklə ilk əvvəl mürəkkəbçiçəklinin və günəbaxan çiçəyinin nektar şirəsi ilə qidalanır. Dişi kəpənəklər 250-300 ədəd yumurta qoyur. Yumurtalar çiçək tozcuqları kənarının daxilinə bir-bir qoyulur. Qoyulmuş yumurtalardan 4-5 gündən sonra tırtıllar çıxır. Tırtıllar ilk əvvəllər çiçəklərin müxtəlif hissələri ilə, üçüncü yaşdan sonra isə toxumların nüvəsi ilə qidalanır. Zədələnən günəbaxan səbətlərinin ayrı-ayrı hissələri hörümçək torları ilə əhatə olunur. Tırtılın inkişafı 3-4 həftəyə başa çatır. İnkişafını başa çatdırmış tırtıllar torpağa düşərək puplaşmağa gedir.

Nəzarət və mübarizə tədbirləri

Mütləq şəkildə aqrotexniki tədbirlər həyata keçirilməlidir. Toxum seçimində əsasən qara tumlu günəbaxan sortlarından istifadə edilməsi məqsədəuyğundur. Əgər bu tədirlər kifayət etməzsə müvafiq preparatların tətbiqi zəruridir.

Bu zərərvericiyə qarşı preparat:

SHAOLIN 100 EC

SHAOLIN 100 EC Aktiv maddə: 100 g/l Alphacypermethrin SHAOLIN 100 EC insektisidi Türkiyənin pestisid istehsalında  ilk beşliyinə daxil olan ASTRANOVA şirkəti tərəfindən y&uum

Məhsulu gör