Pambıq sovkası

*Zərərverici

  • Zərərləri   

Pambıq sovkası Azərbaycanın bütün bölgələrində geniş yayılıb. Zərərverici əsasən qarğıdalının qıçalarını, süpürgələrini, gövdələrini və əsas da yarpaqlarını zədəliyir. Pambıq sovkası qarğıdalıya vegetasiya dövrünün südyetişdirmə və sonrakı mərhələlərində ciddi zərər törədir.

  • İnkişaf dövrü
  • Pambıq sovkasının qanadları açıldıqda 30-40 mm-ə çatır. Qabaq qanadlar bozumtul-qonur, tündqəhvəyi və yaxud qonur rəngdə, arxa qanadlarsa sarımtıl-ağ,kənarları tündləşmiş qəhvəyi rəngdədir. Bu zərərverici bitki qalıqlarının altında qışlayır.  Yumurtadan çıxmış ilkinyaşda olan tırtıllar isə saçaqlar ilə qidalanırlar. 3-cü yaşdansonra onlar qıçanı deşərək içəri daxil olur. Qıçanın içərisinə daxil olan yağış suları müxtəlif xəstəliklərin də yaranmasına səbəb olur. Əksər tırtıllar özqidalanmasını bitirdikdən sonra qıçanın içində puplaşır.
  • Nəzarət və mübarizə tədbirləri

Sahələrdə alaq otlarının təmizlənməsi və sovkanın puplaşma vaxtı şumlanması əsas aqrotexniki mübarizə tədbirlərinə daxildir. Əkin aparıldıqdan sonra cərgələrarasına kultivasiya çəkilməsi dəməqsədəuyğundur.  Bununla yanaşı pambıq sovkasına qarşı kimyəvi mübarizə tədbiri olaraq müvafiq insektisidlərin tətbiqi zəruridir. Bu proses sovkanın kütləvi yayıldığı illərdə  tırtılların kiçik yaş dövründən etibarən tətbiq edilməlidir.

Bu zərərvericiyə qarşı preparat:

ANCORA 5 EC

ANCORA 5 EC Aktiv maddə: 50 g/l Lambda-cyhalothrin ANCORA 5 EC insektisidi Türkiyənin pestisid istehsalında  ilk beşliyinə daxil olan ASTRANOVA şirkəti tərəfindən yüksə

Məhsulu gör