Bu zərərvericiyə qarşı preparat:
ANCORA 5 EC
ANCORA 5 EC Aktiv maddə: 50 g/l Lambda-cyhalothrin ANCORA 5 EC insektisidi Türkiyənin pestisid istehsalında ilk beşliyinə daxil olan ASTRANOVA şirkəti tərəfindən yüksə
Kolorado böcəyi
*Zərərverici
Kolorada böcəyi bitki yarpaqlarının yumşaq toxuması ilə qidalanır. Tək bir dişi böcək yay dövründə 300-dən çox yumurta qoya bilir. Yumurtalar yarpağın altına qoyulur və yumurtadan çıxan tırtıllar əvvəlcə yarpağın altında qidalanır və sonradan yarpağın üstünə keçir. Bu mərhələdə tırtıllar yarpağı o qədər yeyirlər ki, geriyə sadəcə yarpağın saplağı və damarları qalır. Onlar bitkinin yarpaqlarının yumşaq toxuması ilə qidalanır. Tək bir dişi böcək yay dövründə 300-dən çox yumurta qoya bilir. Yumurtalar yarpağın altına qoyulur və yumurtadan çıxan tırtıllar əvvəlcə yarpağın altında qidalanır və sonradan yarpağın üstünə keçir. Bu mərhələdə tırtıllar yarpağı elə yeyirlər ki, geriyə yalnız yarpağın saplağı və damarları qalır. . Formalaşan yetkin sürfələr kartofun yaşıl hissəsi ilə də çox sürətlə qidalanmağa başlayır. Böcək, yetkin mərhələdə 20-40 sm dərinlikdə torpaqda qışlayır və orta gündəlik hava istiliyi 15 ° C-yə çatdıqda, bir qayda olaraq, kartof tumurcuqlarının meydana çıxması ilə səthə çıxır. Zərərvericinin inkişafı üçün optimal hava istiliyi 24-26 ° С, nisbi hava rütubəti - 60-75% -dir. 14 ° C-dən aşağı temperaturda inkişafı yavaşlayır,yüksək temperaturda (38 ° C-dən yuxarı) yumurta və sürfələrin kütləvi ölümü başlayır. Bir böcək orta hesabla hər dəfə 600-800 və bəzi hallarda isə 2000 ədədə qədər yumurta qoya bilir.
Nəzarət və mübarizə tədbirləri
Kolorada böcəyinə qarşı aqrotexniki üsulla mübarizə apararkən ilk olaraq kartofun əkilcəyi sahələr bitki və yumru qalıqlarında təmizlənməlidir. Yaz aylarında əkin sahəsi mütləq şəkildə şumlanmalıdır. Kimyəvi mübarizə zamanı isə insektisid preparatları əkin zamanı və ya əkin öncəsi torpağa tətbiq edilməlidir. . Bitki yetişdirmə dövründə böcək dərmanları ilə çiləmə üsulu da kolorada böcəyinin yayılmasının qarşısını alır. Əgər böcəyin yenidən yayılması müşahidə olunarsa, çiləmə təkrar edilməlidir. Bir kartof kolu üzərində orta hesabla 12-15 ədəd yetkin fərd, 15-18 ədəd sürfə aşkar edildikdə zərərvericinin ikinci nəslinə qarşı təcili kimyəvi mübarizə aparılmalıdır.
DİGƏRLƏRİNƏ DƏ BAXIN
Alma yarpaqbükəni Günəbaxan məftil qurdu Günəbaxan odlucası Məftil qurdları Pambıq sovkasıANCORA 5 EC Aktiv maddə: 50 g/l Lambda-cyhalothrin ANCORA 5 EC insektisidi Türkiyənin pestisid istehsalında ilk beşliyinə daxil olan ASTRANOVA şirkəti tərəfindən yüksə