Bu zərərvericiyə qarşı preparat:
ANCORA 5 EC
ANCORA 5 EC Aktiv maddə: 50 g/l Lambda-cyhalothrin ANCORA 5 EC insektisidi Türkiyənin pestisid istehsalında ilk beşliyinə daxil olan ASTRANOVA şirkəti tərəfindən yüksə
Məftil qurdları
*Zərərverici
Azərbaycanda geniş yayılmış məftil qurdları əkin sahələrinə ciddi şəkildə zərər vurur.Bu böcəklər əsasən turş reaksiyalı meşə torpaqlarında geniş yayılıb və tarlalarda bitkilərin kök sisteminə ziyan törədir.
Məftil qurdları qarğıdalının kök və gövdə hissəsi ilə qidalanır. Bu böcəklər quraqlığa qarşı həssasdır. Hava quraq keçdikdə isə onlar qarğıdalının sulu hissələri ilə qidalanır ki , bu da bitkidə fəsadlara səbəb olur.
Məftil qurdları qarğıdalı məhsuldarlığını 50-60% azaldır. Şıqqıldaq böcəyi də adlandırılan zərərverici torpağın 50-80 sm dərinliklərinə gedə bilir. Bu səbəbdən də onlara nəzarət etmək və mühafizə tədbirləri etmək qəlizləşir.
Məftil qurdlarına qarşı mübarizə məqsədilə əsasən iyul-avqust aylarında torpaq kotanla 27-30 sm dərinliyində şumlanmalıdır. Bu proses nəticəsində dərinliklərdə puplaşmış qurdlar məhv olur. Torpağa mineral gübrələrin vaxtında düzgün şəkildə verilməsi, toxumların zamanında səpilməsi məftil qurdlarının zərərlərini minimuma endirir. Bununla yanaşı səpinqabağı toxumlar insektisid preparatları ilə dərmanlanmalıdır. Kimyəvi mübarizə tədbirləri çərçivəsində jımıx, at peyini,enliyarpaq alaq otları və yoncadan isitadə də böyük səmərə verə bilər.
DİGƏRLƏRİNƏ DƏ BAXIN
Alma yarpaqbükəni Günəbaxan məftil qurdu Günəbaxan odlucası Kolorado böcəyi Pambıq sovkasıANCORA 5 EC Aktiv maddə: 50 g/l Lambda-cyhalothrin ANCORA 5 EC insektisidi Türkiyənin pestisid istehsalında ilk beşliyinə daxil olan ASTRANOVA şirkəti tərəfindən yüksə