Bu zərərvericiyə qarşı preparat:
NİNGBO 25 EC
NİNGBO 25 EC Aktiv maddə: 250 g/l Cypermethrin NİNGBO 25 EC insektisidi Türkiyənin pestisid istehsalında ilk beşliyinə daxil olan ASTRANOVA şirkəti tərəfindən yüksək
Taxıl hafı
*Zərərverici
Parıltılı qara rəngdə olan taxıl hafı 20-30%, geniş yayıldıqda isə 70-80% məhsuldarlığı azaldır. Bir böcək təxminən 2,7 q məhsul itkisinə səbəb olur.
Zərərverici Taxıl hafının zərərvermə qabiliyyəti özünü sünbüldə dənin sayının və 1000 dənin çəkisinin azalması ilə büruzə verir. Taxıl böcəyi soyuq havalarda özünü çox büruzə vermir. Havalar mülayimləşdikcə sürfələr kollara və yarpaqlara zərər vurur. Yarpaqlar inkişaf etmir.
Ağız aparatı, bığcıqları, pəncələri qonur qırmızı olan taxıl böcəyi gecələr aktiv fəaliyyətdə olur. Bu da onlara qarşı mübarizə tədbirlərini çətinləşdirir. Torpağın nəmliyindən və temperaturundan asılı olaraq zərərvericinin inkişafı da dəyişir. Bir sürfə 200-dən artıq yumurta qoya bilir. Zərərvericinin inkişafı bu amillərdən asılı olaraq 12-15 gün davam edir. Yumurtaların formalaşması və qoyulması dövründə (iyul-sentyabr) yağıntıların miqdarı çox olduqda zərərvericinin miqdarı artır, yağıntılar az olduqda isə kəskin surətdə azalır. Qidalanmayan sürfələr digərlərindən rənglərinin ağ və ya sarı olması ilə fərqlənir.
Taxıl hafına qarşı mübarizə üsullarından biri zərərvericinin yayıldığı sahələrdə taxıl qısa müddət ərzində yığılmasıdır. Belə olduğu təqdirdə itkiyə də az yol verilir. Bununla yanaşı əkin sahəsi kotanlar 25-30 sm dərinliyində şumlanmalıdır. Mühafizə etmək üçün eyni sahədə 3-4 il ardıcıl taxın əkini etməmək lazımdır. Toxum materialları səpinqabağı mütləq dərmanlanmalıdır. Böcəklərin sayı artarsa insektisid preparatlarının tətbiqi zəruridir. Bu preparatların taxıl böcəyinə qarşı səmərəliliyi 90-95% olur.
DİGƏRLƏRİNƏ DƏ BAXIN
Alma yarpaqbükəni Günəbaxan məftil qurdu Günəbaxan odlucası Kolorado böcəyi Məftil qurdlarıNİNGBO 25 EC Aktiv maddə: 250 g/l Cypermethrin NİNGBO 25 EC insektisidi Türkiyənin pestisid istehsalında ilk beşliyinə daxil olan ASTRANOVA şirkəti tərəfindən yüksək