Gübrələr
Filter
Nəticələr 13
Bitkilərə gübrə verərkən torpağın tipi, əkiləcək bitkinin sələfi, bitkinin vegetasiya müddətində hansı qida maddələrinə ehtiyac duyacağı mütləq nəzərə alınmalıdır. İlk öncə torpaq analiz olunmalı və bitkinin vegetasiya(torpağa əkin və son məhsulun yığılması müddəti) dövründə hansı həcmdə qida maddələri ilə təmin olunması müəyyən olunduqdan sonra torpaqda çatışmayan elementlər əlavə gübrələmə kimi verilməlidir. Bitkiyə həddindən artıq gübrə verdikdə bitki köklərində əmici tellər yanır, bitki cılızlaşır, qida maddələrinin toplanmasına və məhsuldarlığın aşağı düşərək bitkinin inkişafdan qalmasına səbəb olur.
Meyvə ağaclarına adətən Nitroammofoska gübrəsinin verilməsi tövsiyə edilir. Yaşı 5 ilə qədər olan ağaclar üçün hər ağaca 100 qram, yaşı 5 ildən çox olan ağaclar üçün isə hər ağaca 150 qram Nitroammofoska verilir. Gübrə ağacın 1 metr diametri üzrə səpilir, daha sonra sulanır.